MYCOACHBizimlə danış

Yetkinlər üçün fərdi proses

Fərdi kouçinq: aydınlıqdan məsuliyyətli addıma

Məqsədlərinizi aydınlaşdırmaq, daxili maneələri görmək və seçdiyiniz dəyişiklik üçün real addımlar qurmaq məqsədilə fərdi kouçinq prosesi.

WhatsApp-da yazın →
MyCoach qurucusu və PCC Coach İsmayıl Kərimov

Fərdi kouçinq nə verir?

Kouçinq məsləhət və ya hazır cavab təqdim etməkdən fərqlənir. Sessiya zamanı məqsəd, mövcud vəziyyət və seçimlər aydınlaşdırılır. Sizə mane olan düşüncə və davranış nümunələri görünür, növbəti addımlar isə sizin həyatınıza və məsuliyyətinizə uyğun qurulur.

Hansı mövzularla işləmək olar?

Məqsəd və prioritetlər, özgüvən, qərarvermə, fokus, vərdişlər, karyera və həyat keçidləri, sərhədlər, münasibətlər, kommunikasiya və şəxsi liderlik fərdi kouçinqdə işlənən əsas mövzular sırasındadır.

Kouçinq psixoloji terapiyadırmı?

Xeyr. Kouçinq tibbi və ya psixoloji diaqnostika və müalicə deyil. Proses əsasən hazırkı vəziyyət, məqsədlər, resurslar və gələcək addımlar üzərində qurulur. Psixoloji və klinik dəstək tələb edən hallarda uyğun ixtisaslı mütəxəssisə müraciət edilməlidir.

Uyğun proqramı birlikdə müəyyən edək.

Format, müddət və ehtiyaclar haqqında qısa ilkin danışıq üçün bizimlə əlaqə saxlayın.

Bizimlə danış →