Kouçinq · Təlim · İnkişaf

İnkişaf təsadüf deyil.
Dizayn edilir.

Yeniyetmələr, fərdlər və təşkilatlar üçün kouçinq, təlim və transformasiya proqramları.

Proqramlarımız

Junior Coaching · 12–18 yaş

Yeniyetmələrin gələcək üçün lazım olan bacarıqları inkişaf etdirdiyi praktik proqram.

12–18 yaşlı iştirakçılar qrup və fərdi sessiyalar, real həyat ssenariləri və praktiki tapşırıqlar vasitəsilə özlərini ifadə etməyi, qərar verməyi və məsuliyyət götürməyi öyrənirlər.

Potensialın kəşfi · Özgüvən · Ünsiyyət · Fokus · Liderlik · Qərarvermə · Məsuliyyət · İntizam

Junior Coaching haqqında
Junior Coaching qrup sessiyasında tapşırıq üzərində çalışan yeniyetmələr

Yetkinlər üçün fərdi proses

Fərdi Kouçinq

Kouçinq hazır cavab vermək deyil; məqsədlərinizi aydınlaşdırmaq, daxili resurslarınızı görmək və seçdiyiniz dəyişiklik üçün məsuliyyətli addımlar qurmaq prosesidir.

  • Məqsəd və prioritetlərin aydınlaşdırılması
  • Məhdudlaşdırıcı inanclar və daxili maneələr
  • Özgüvən, qərarvermə və şəxsi məsuliyyət
  • Karyera və həyat keçidləri
  • Fokus, vərdişlər və davamlılıq
  • Ünsiyyət, sərhədlər və liderlik mövqeyi
Bizimlə danış
Praktiki tapşırıq üzərində əməkdaşlıq edən yeniyetmələr

Təşkilatlar və məktəblər

Transformasiya proqramları

Təşkilatın ehtiyacına uyğun qurulan proqramlar hazır resept deyil; liderlərin və komandaların real davranış dəyişikliyinə fokuslanan inkişaf prosesidir.

  • Liderlik düşüncəsi və məsuliyyət mədəniyyəti
  • Komanda uyğunluğu və sağlam kommunikasiya
  • Dəyişikliklərin idarə olunması və dayanıqlılıq
  • Məktəblərdə yeniyetmə inkişafı və liderlik proqramları
  • Müəllim və valideynlər üçün inkişaf sessiyaları
Proqramı birlikdə quraq
İsmayıl Kərimov

Haqqımızda

İsmayıl Kərimov

PCC Coach · NGH Member · Transformation Leader

2500+Yetkinlərlə fərdi sessiya saatı
1000+Təlim saatı
200+Junior Coaching iştirakçısı
Peşəkar inkişaf lövhəsiSertifikat və diplomlar
International Coaching Federation Professional Certified Coach PCC sertifikatı
PCCInternational Coaching Federation
UK Coaching Academy 144 saatlıq ICF təsdiqli kouçinq sertifikatı
144 saatICF Coach Specific Training
UK Coaching Academy 32 saatlıq ICF təsdiqli kouçinq sertifikatı
32 saatICF Coach Specific Training
EduVice Agile 360 təlim proqramı diplomu
Agile 360Peşəkar inkişaf diplomu

Müştəri rəyləri

Fərdi kouçinq və Junior Coaching proseslərindən sonra iştirakçıların paylaşdığı real fikirlər. Məxfiliyi qorumaq üçün adlar göstərilmir.

Sual-cavab

Tez-tez verilən suallar

Proqramlarla bağlı ən çox verilən suallara qısa cavablar.

Junior Coaching kimlər üçündür?+

Proqram 12–18 yaşlı yeniyetmələr üçün nəzərdə tutulub. Qrup və fərdi sessiyalar vasitəsilə potensial, özgüvən, ünsiyyət, fokus, liderlik, məsuliyyət və intizam inkişaf etdirilir.

Fərdi kouçinq hansı mövzularda dəstək verir?+

Məqsədlərin aydınlaşdırılması, daxili maneələr, özgüvən, qərarvermə, karyera və həyat keçidləri, fokus, vərdişlər, münasibətlər və şəxsi liderlik mövzularında dəstək verir.

Sessiyalar necə keçirilir?+

Proqrama uyğun olaraq sessiyalar fərdi və ya qrup formatında, əyani və ya onlayn keçirilə bilər. Uyğun format ilkin görüş zamanı müəyyən edilir.

Təşkilat və məktəblər üçün proqram hazırlanır?+

Bəli. Ehtiyaca uyğun liderlik, komanda dinamikası, kommunikasiya, məsuliyyət mədəniyyəti və yeniyetmə inkişafı proqramları hazırlanır.

Qiymət və qeydiyyat məlumatını necə ala bilərəm?+

Qiymət proqramın formatı və müddətindən asılıdır. Aşağıdakı əlaqə bölməsindən WhatsApp vasitəsilə yazaraq uyğun proqram və qeydiyyat məlumatını ala bilərsiniz.

Əlaqə

Hansı proqramın sizə uyğun olduğunu müəyyən edək.

WhatsApp-da yazın