MYCOACHBizimlə danış

12–18 yaşlı yeniyetmələr üçün

Junior Coaching: özgüvən, ünsiyyət və gələcək bacarıqları

Yeniyetmənin özünü tanımasına, potensialını görməsinə və real həyatda daha məsuliyyətli seçimlər etməsinə dəstək verən praktik inkişaf proqramı.

WhatsApp-da yazın →
Bakıda Junior Coaching qrup sessiyasında iştirak edən yeniyetmələr

Junior Coaching nədir?

Junior Coaching yeniyetməyə hazır nəsihət vermək deyil. Kouçinq sualları, qrup müzakirələri, fərdi yanaşma, real həyat ssenariləri və praktiki tapşırıqlar vasitəsilə iştirakçının öz fikrini formalaşdırmasına və seçimlərinin məsuliyyətini görməsinə kömək edən prosesdir.

Proqram necə keçirilir?

Sessiyalar ehtiyaca uyğun olaraq qrup və ya fərdi formatda keçirilir. Yeniyetmələr təhlükəsiz və dəstəkləyici mühitdə özünü ifadə edir, komanda ilə işləyir, məqsəd qoyur və gündəlik həyatında tətbiq edə biləcəyi konkret addımlar hazırlayırlar.

Valideyn üçün nəticə nədir?

Məqsəd qısa müddətli motivasiya yaratmaq deyil. Yeniyetmənin özünü daha yaxşı tanıması, fikrini aydın ifadə etməsi, diqqətini idarə etməsi, qərar verməsi və öhdəliklərinə daha məsuliyyətli yanaşması üçün davamlı inkişaf mühiti qurulur.

Uyğun proqramı birlikdə müəyyən edək.

Format, müddət və ehtiyaclar haqqında qısa ilkin danışıq üçün bizimlə əlaqə saxlayın.

Bizimlə danış →