Hər təşkilatın mədəniyyəti, komandası və məqsədi fərqlidir. Buna görə proqram mövcud vəziyyətin və gözlənilən nəticənin aydınlaşdırılması ilə başlayır. Mövzular, format, praktiki çalışmalar və davametmə planı təşkilatın real iş mühitinə uyğunlaşdırılır.
Komanda və liderlik mövzuları
Liderlik düşüncəsi, məsuliyyət mədəniyyəti, sağlam kommunikasiya, komanda dinamikası, dəyişikliklərin idarə olunması, dayanıqlılıq, satış və performans üzrə praktiki təlimlər təşkil edilə bilər.
Məktəblər üçün inkişaf proqramları
Məktəblər üçün yeniyetmə liderliyi, özgüvən, ünsiyyət və qərarvermə proqramları ilə yanaşı müəllim və valideynlər üçün inkişaf sessiyaları hazırlanır. Məqsəd məktəb mühitində öyrənilən bacarıqların gündəlik davranışa çevrilməsidir.
Uyğun proqramı birlikdə müəyyən edək.
Format, müddət və ehtiyaclar haqqında qısa ilkin danışıq üçün bizimlə əlaqə saxlayın.